Главная » 2008 » Июнь » 18 » Ruslar Dima Bilana abidə qoymaq istəyirlər
Ruslar Dima Bilana abidə qoymaq istəyirlər
17:25
Rəsmi şəxslər isə onun uğurunun şişirdildiyini deyir. Azərbaycandan fərqli olaraq, Rusiya hələ də "Eurovision-2008" mahnı müsabiqəsi və bu layihədə Rusiyanın uğurunu müzakirə edir. D.Bilanın fanatları müsabiqədə birinci olmasına görə, sağlığında ona abidə qoyulmasını tələb edirlər. Rusiya mətbuatının yazdığına görə, hazırda bu məsələ müzakirə edilməkdədir ("OLAYLAR"İA ). Yazıçı Sergey Maniyev bildirib ki, Rusiyanın üçüncü dərəcəli müsabiqədə uğurunu dövlət üçün xüsusi hadisə kimi qələmə vermək gülünc hal olduğundan, bu məsələ qapanmalıdır. Bununla yanaşı digər şəxslər də müzakirə apararaq, Rusiyanın müsabiqənin müxtəlif vaxtlarında qələbə çalan Finlandiya və İrlandiya kimi uğurun ifrat dərəcədə şişirdilməməsini tələb ediblər.