Cümə axşamı, 20.11.2008, 03:08 Приветствую Вас Гость


JoY.UcoZ.NeT

Главная | Регистрация | Вход | RSS
Меню сайта
Наш опрос
Bəyəndiyiniz müğənni
Cavablar: 9
Мини-чат
Главная » 2008 » Июнь » 18 » Xatirə: "İnsana ən yaxın olan onun sevgilisi və yaxın dostudur" (Müsahibə)
Xatirə: "İnsana ən yaxın olan onun sevgilisi və yaxın dostudur" (Müsahibə)
18:00

xatire

XATİRƏ İSLAM: "MƏNƏ EŞQ ELAN EDƏN OĞLANLARIN SAYI-HESABI YOXDUR".
"SƏNƏTİMİ QƏBUL EDƏN İNSANLAR NƏDƏNSƏ MƏNİ SƏNƏTDƏN AYIRMAĞA ÇALIŞIRLAR".
Bu dəfəki "Şənbə qonağı"mız həm estrada, həm də muğam ifaçısı kimi sevilən müğənni Xatirə İslamdır. Çoxları onu iddialı və özündən razı müğənni kimi tanıyır. Lakin onunla söhbət zamanı biz bunun tam əksinin şahidi olduq. Suallarımızı olduqca səmimi şəkildə cavablandıran Xatirə müsahibə zamanı ara-sıra muğamlardan müəyyən hissələr ifa etməklə bizi səsinin sehrinə saldı. Yumşaq, ürəyəyatımlı ifası ilə söhbətimizə rəng qatdı...
- Xatirə, son vaxtlar yenidən adın qalmaqallarda hallanır.
- Mən buna qalmaqal deməzdim. Sadəcə, nədənsə mənim bir kəlmə sözüm hər kəsi yerindən oynadır. Başa düşə bilmirəm niyə? Amma adım əvvəllər qalmaqallarda daha çox hallanırdı. Bu gün adım mənasız və boş söz-söhbətlərdə çəkilsə də, buna əhəmiyyət verməyəcəm. Çünki o qədər problemim var ki, belə cılız dedi-qodulara qulaq asmağa nə həvəsim, nə də vaxtım var. Əgər bir neçə gün öncə baş verən hadisəni nəzərdə tutursunuzsa, yenə də deyirəm, mənim gözəl səsim var, bunu hər kəs bilir. Habil müəllimin mənim ünvanıma nə isə deməsini normal qəbul edirəm. Çünki o bizdən böyükdür və onun sənətinə hörmət edirəm. Nə deyir, qoy desin, eybi yox. Onsuz da hər kəs bilir ki, Xatirə kimdir. Hamının xoşuna gələ bilmərəm ki.
- Ümumiyyətlə, həmişə nəsillər arasında bir mübahisə yaranıb. Yaşlı nəsil heç vaxt gənc nəsillə razılaşmır, bəlkə bu, təbii haldır. Amma bilmək istəyərdim, korifey sənətkarların iradına tuş gələndə daxilən hansı hisslər keçirirsən, nə düşünürsən?
- Söylədiyim kimi, üzdə onların fikirlərinə hörmətlə yanaşsam da, əslində bilirəm ki, çoxu düz demir. Bilirsiniz necədir, bir nəfər çıxır oxumağa beş-altı nəfər də düşür onun üstünə və başlayır pisləməyə. Bəlkə həmin adam istedadlıdır, bir imkan verin özünü göstərsin də. Onsuz da hər şeyi zaman həll edir. Yaxşı müğənnilər, səsi, sənəti olan müğənnilər səhnədə qalacaq, o birilər isə ələnib gedəcəklər. Elə populyar müğənni tanıyıram ki, canlı oxuya bilmir.
- Doğrudanmı məşhurlaşmaq üçün İslam Rzayevin adından istifadə etmisən?
- Bəli, olub. Amma buna dəyər, çünki bu sənətdə özümü doğrultmuşam. İslam Rzayev kimi korifey sənətkar əbəs yerə öz adını mənə verməyib. Görün onun nə qədər tələbəsi olub, amma İslam adını mən daşıyıram. Bu da onlan irəli gəlir ki, onun ən sevimli tələbəsi olmuşam. Eyni zamanda, bu adı o mənə verməklə mənim sənətimə qiymət verib.
- Sənin adın Rəqsanə ilə birgə çirkin olayda hallanmışdı.
- Mən yenidən bu söhbətə qayıtmaq istəmirəm. Amma bunun hamısı paxıllıqdan irəli gəlir. Mənim onda Rəqsanə ilə heç bir əlaqəm yox idi, heç salamım da yox idi. Həm də mən elə bir ailədən çıxmamışam ki, qadın alverilə məşğul olum. Haqqımda yanlış informasiya verən qəzetləri mən məhkəməyə verdim, onlar da məndən buna görə üzr istədilər.
- Səncə bu kimlərin işidir?
- Deməzdim ki, düşmənlərimin işidir, çünki bizim bir düşmənimiz var. Bu, yalnız məni qəbul etməyən insanların işidir. Çünki bir adam ki, öz tikəsini hamı ilə bölüşə, bir adam ki, ürəyi yumşaq ola, onun heç vaxt düşməni ola bilməz. Onu gözügötürməyənlər ola bilər.
- Bəlkə sənə qarşı bir qısqanclıq var?
- Məni qısqananlar belə başa düşməlidir ki, mənim qəlbimə dəymək olmaz. Çünki bu, mümkün olan bir şey deyil. Gec-tez Allah onun cəzasını verəcək. Mən hər şeyi səsimlə qazanmışam. Bu səviyyəyə çox çətinliklə, öz istedadım hesabına gəlmişəm. İndiyə qədər mənə heç kəsin köməyi dəyməyib. Amma indikilər üçün heç bir çətinliklər yoxdur. Çünki telekanallarda keçirilən mahnı müsabiqələri onların tezliklə tanınmasına imkan yaradır. Amma mən sənətə gələndə belə yarışmalar yox idi. O vaxt "7-17" müsabiqəsində iştirak etmək istəyirdm, o da bağlandı.
- İfa etdiyin mahnıların əksəriyyəti lirik mahnılardır. Heç olubmu ki, həmin mahnılara qulaq asarkən ya təsəlli tapasan, ya da oturub ağlayasan.
- Olub, o qədər olub ki. Hətta elə anlarım olub ki, oturub səhnənin arxasında ağlamışam, sonra da çıxıb mahnı oxumuşam. Amma bunu heç kəs hiss etməyib. Çünki heç kimin məclisində ağlaya-ağlaya mahnı oxumağa ixtiyarım yoxdur. Məcburam səhnədə gülməyə.
- Nədir səni incidən?
- Çox şey məni incidir. Amma əsasən xəyanət! Ürəyim olduqca kövrəkdir, çox şey mənə pis təsir edir. İnsana ən yaxın olan onun sevgilisi və yaxın dostudur. Mən də bunlardan böyük xəyanət görmüşəm. Hər iki tərəfdən vurulan zərbə məni əməlli-başlı sarsıtdı. O, mənim ilk məhəbbətim idi və onu doğrudan da sevirdim. Onda heç tanınmırdım və məni efirə çıxmağa qoymurdu. Amma nə olsun, iki ilimi boş yerə ona sərf elədim. Halbuki o vaxt ərzində mən çox işlər görərdim.
- Bəs ayrılığınıza nə səbəb oldu, müğənni olduğun üçün səni qəbul etmədi, yoxsa başqa səbəblər vardı?
- Bilirdi ki, səsim var, özüm də müğənni olmaq istəyirəm. Amma o icazə vermədiyi üçün bu istəyimin üstündən xətt çəkmişdim. Digər tərəfdən isə, bəli, sənətimə görə münasibətlərimizi ciddiləşdirə bilmədik. Daha doğrusu, rayona toya getdim, o hadisəni eşidəndən sonra isə əsəbiləşdi və aramız dəydi. Halbuki biz təzə-təzə tanış olanda aramızda belə bir problem olmurdu. Toylara gedirdim, oxuyurdum, amma efirə çıxmırdım. Yəni sadəcə tanınmağımı istəmirdi. Sonra aramızda belə narazılıqlar baş verdi. Günlərin birində də eşitdim ki, mənim sevdiyim bu oğlan rəfiqəmlə görüşür. Bu o deməkdir ki, o mənə xəyanət etdi. Ümumiyyətlə, tək o yox ey, məni tanıyan və sənətimi qəbul edən insanlar sonradan nədənsə məni sənətdən ayırmağa çalışıblar. Amma səbəbini hələ də bilmirəm. Onlar isə məni başa düşmədilər ki, mən oxumasam, yaşaya bilmərəm.
- Onda belə çıxır ki, səninlə ailə qurmaq istəyən şəxs sənətini mütləq qəbul etməlidir?
- Əlbəttə ki. Mən özümü tərifləmirəm, səs diapazonum güclüdür. Buna baxmayaraq, 10 gün toya getməyəndə artıq oxuya bilmirəm. Bu gün toya gedən müğənnilərə bir təhər baxsalar da, toy müğənni üçün əsl hazırlıqdır və məktəbdir. Başa düşə bilmirəm, müğənninin toyda oxumasında pis nə var ki? Toya getmək o demək deyil ki, sevdiyin insana xəyanət edirsən. Ümumiyyətlə bizdə müğənnilərə birtəhər baxırlar, bu da məni narahat edir. Bizim o qədər ailəli və xoşbəxt müğənnilərimiz var. Məsələn, Lalə Məmmədova, Elnarə, Samirə və digərləri. Onların həyat yoldaşları kimi, bütün kişilər də öz xanımlarının sənətinə hörmətlə yanaşsalar, onlara dəstək olsalar, yaxşı olar.
- Bayaq söylədin ki, hər kişi müğənni xanımla ailə qurmur. Onda belə çıxır ki, sənə sevgisini etiraf edənlər azdır?
- Yox, ay qız, mənə eşq elan edən oğlanların sayı-hesabı yoxdur. Qohum-əqraba, sinif yoldaşlarımdan tutmuş, qonşulara qədər. Amma sənətimi qəbul etmirlər. Sənətimi də kiməsə qurban vermək fikrində deyiləm. Çünki daha hər şeyə açıq gözlə baxmağa başlamışam. Ümumiyyətlə, indi təmiz sevgi yoxdur.
- Bəlkə var, sadəcə sənin qarşına çıxmayıb.
- Xeyr, yoxdur. Məndə olan şans heç bir müğənnidə yoxdur. İstər pul, istərsə də sevgi barədə. Mənim qarşıma çıxan oğlanlar indiyə qədər heç kəsin qarşısına çıxmayıb, mənə olan təkliflər heç bir qızda olmayıb. Mən buna yüz faiz əminəm. Sadəcə, həmin şanslardan istifadə etməyi bacarmıram. Çünki söz götürən deyiləm.
- Qadını xoşbəxt etmək üçün ona pul lazımdır, yoxsa sevgi?
- Əlbəttə ki, sevgi. Pul, var-dövlət hamısı boş şeylərdir.
- Axı bayaq dedin ki, sevgiyə inanmırsan?
- Bilirsən, mənim qarşıma çıxanların əksəriyyəti naxələf olub.
- Xatirə, səninlə söhbətlərimizin birində şou aləmini çirkab adlandırmışdın. Elə isə nədir səni bu çirkablıqda saxlayan?
- Sənətim. Gəlib bu səviyyəyə çatmışam, min bir əziyyətlərdən keçmişəm, bundan sonra sənətimi hara atım? Artıq geriyə yol yoxdur. Nə olursa, olsun sona qədər getməliyəm. Nə edim, artıq bezsəm də, buna məcburam.
- Sənətdən bezmisən, yoxsa sənətdəkilərdən?
- Əlbəttə ki, sənətdəkilərdən. Mən sənətimi çox sevirəm. Amma bəzi həmkarlarım buna maneçilik törətməyə çalışırlar. Onların mənim üzümə gülməsinə baxmayaraq, əslində bilirəm ki, paxıllığımı çəkirlər. Hətta elə insanlar var ki, gecə-gündüz fikirləşir, bilmir ki, nə etsin ki, mənə bir zərbə vursunlar. Bunun da hamısı paxıllıqdan və gözügötürməzlikdən irəli gəlir.

Mənbə (Üç nöqtə qəzeti)

Просмотров: 42 | Добавил: Ramal | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email:
WWW:
Код *:
Форма входа
Логин:
Пароль:
Календарь новостей
«  Июнь 2008  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Поиск
Друзья сайта
Статистика

Saytda olanlar 0
Qonaq 0
Istifadeci 0